Samur-Abşeron kanalında kişi meyiti tapılıb
Samur-Abşeron kanalında naməlum kişi meyiti tapılıb. Şəffaflıq.az-ın məlumatına görə, meyit kanalın Xızı rayonunun Yaşma kəndi ərazisindən keçən hissəsində aşkar olunub. Onun hansı şəraitdə suya düşdüyü məlum deyil. Əraziyə hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib. Meyitin sudan çıxarılması üçün zəruri işlər həyata keçirilir. Faktla bağlı araşdırmaya başlanılıb.
Xəbəri paylaş
Facebook-da paylaş