Türkiyədə terrorçulara qarşı əməliyyat zamanı xeyli silah-sursat ələ keçirilib


Türkiyənin 10 əyalətində terrorçulara qarşı "Gürz-17" əməliyyatı keçirilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, əməliyyat nəticəsində terrorçuların sığındığı 71 mağara və sığınacaq dağıdılıb.

Həmçinin 1303 zenit-raket sursatları, 360 əl bombası, terror aktı üçün hazırlanmış 267 kiloqram partlayıcı maddə, 141 mina, 80 RPG9-7 sursatı, müxtəlif növ avtomat silahları və digər növ sursatlar ələ keçirilib.

A.Yerlikaya terrorçulara qarşı mübarizənin davam edəcəyini bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}