Əsas Səhifə > REGİON > Türkiyədə terrorçulara qarşı əməliyyat zamanı xeyli silah-sursat ələ keçirilib
Türkiyədə terrorçulara qarşı əməliyyat zamanı xeyli silah-sursat ələ keçirilib27-09-2024, 11:00 |
Türkiyənin 10 əyalətində terrorçulara qarşı "Gürz-17" əməliyyatı keçirilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. O bildirib ki, əməliyyat nəticəsində terrorçuların sığındığı 71 mağara və sığınacaq dağıdılıb. Həmçinin 1303 zenit-raket sursatları, 360 əl bombası, terror aktı üçün hazırlanmış 267 kiloqram partlayıcı maddə, 141 mina, 80 RPG9-7 sursatı, müxtəlif növ avtomat silahları və digər növ sursatlar ələ keçirilib. A.Yerlikaya terrorçulara qarşı mübarizənin davam edəcəyini bildirib. Geri qayıt |