Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil
Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı səsləndirdiyi fikirlərlə qətiyyən razı deyil, təşkilat Ermənistanın suverenliyinə heç bir təhdid yaratmır. Şəffaflıq.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Biz cənab Paşinyanla qəti şəkildə razılaşmamalıyıq: KTMT-dən Ermənistanın suverenliyinə heç bir təhlükə, təhdid gələ bilməz və gəlmir. Əksinə, bu təşkilat üzv dövlətlərin suverenliyini qoruyur. Biz səbirlə bu mövqeyi Ermənistan rəhbərliyinin diqqətinə çatdıracağıq”, - D.Peskov bildirib. O, Ermənistanın Rusiyanın yaxın tərəfdaşı olduğunu və onunla təmasların davam etdiriləcəyini vurğulayıb.
Facebook-da paylaş