"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "İnter"dən ayrılan futbolçunu transfer edib


"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən "Ayaks" (Niderland) heyətini İtaliyanın "İnter" klubundan ayrılan Devi Klassenlə gücləndirib.

Şəffaflıq.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı hücumameyilli yarımmüdafiəçi Amsterdam təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Niderland millisinin sabiq üzvü "Ayaks"a azad agent kimi qoşulub. Devi Klassen bundan öncə müxtəlif vaxtlarda daha iki dəfə "ağ-qırmızılar"ın şərəfini qoruyub.

Qeyd edək ki, "Qarabağ" "Ayaks"la oktyabrın 24-də Bakıda qarşılaşacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}