Əsas Səhifə > FUTBOL > "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "İnter"dən ayrılan futbolçunu transfer edib

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "İnter"dən ayrılan futbolçunu transfer edib


17-09-2024, 22:55


"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən "Ayaks" (Niderland) heyətini İtaliyanın "İnter" klubundan ayrılan Devi Klassenlə gücləndirib.

Şəffaflıq.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı hücumameyilli yarımmüdafiəçi Amsterdam təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Niderland millisinin sabiq üzvü "Ayaks"a azad agent kimi qoşulub. Devi Klassen bundan öncə müxtəlif vaxtlarda daha iki dəfə "ağ-qırmızılar"ın şərəfini qoruyub.

Qeyd edək ki, "Qarabağ" "Ayaks"la oktyabrın 24-də Bakıda qarşılaşacaq.


Geri qayıt