ABŞ Gürcüstan xüsusi təyinatlılarının rəhbərliyinə sanksiyalar tətbiq edib


ABŞ Gürcüstan xüsusi təyinatlılarının rəhbəri Zviad Xarazişviliyə (Xareba), onun müavini Mileri Laqazauriyə, həmçinin rusiyayönlü Alt-info hərəkatının liderləri Koki Morqoşia və Zura Maxaradzeyə qarşı sanksiyalar tətbiq edib.

Şəffaflıq.az xəbər verir ki, ABŞ Dövlət Departamenti bununla bağlı bəyanat yayıb.

Buna səbəb "demokratiyanın sarsıdılması, dinc etirazların vəhşicəsinə yatırılması və siyasi opponentlərin təqib edilməsi" göstərilir.

Dövlət Departamenti bəyanatında bu şəxslərin "Gürcüstan xalqının əsas azadlıqlarını məhdudlaşdırmaq üçün öz səlahiyyətlərindən sui-istifadə etdiklərini" vurğulayıb.

Qeyd edək ki, bundan başqa, ABŞ Dövlət Departamenti Gürcüstan hökumətinin və parlamentinin 60-dan çox nümayəndəsi, o cümlədən onların ailə üzvləri üçün viza məhdudiyyəti qoyub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}