Zurabişvilinin yenidən prezident olmaq şansı yoxdur
Salome Zurabişvilinin yenidən Gürcüstan prezidenti seçilmək şansı yoxdur. Şəffaflıq.az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Gürcüstan Baş naziri İrakli Kobaxidze çıxış edib. "Sorğulara əsasən, Gürcü Arzusu Partiyasını seçicilərin təxminən 60%-i dəstəkləyir, bütün müxalifət isə oktyabrda keçiriləcək parlament seçkilərində təxminən 20% səs toplaya bilər. Bu şərtlər altında Zurabişvilinin ikinci dəfə prezident seçilmək şansı yoxdur", - baş nazir vurğulayıb. Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri 2024-cü ilin noyabr-dekabr aylarında (yeni parlament formalaşdıqdan sonra) baş tutmalıdır. Ötən gün isə Zurabişvili açıqlamasında ikinci dəfə namizədliyini vermək niyyətində olduğunu bəyan edib.
Facebook-da paylaş