Əsas Səhifə > REGİON > Zurabişvilinin yenidən prezident olmaq şansı yoxdur

Zurabişvilinin yenidən prezident olmaq şansı yoxdur


12-09-2024, 00:00


Salome Zurabişvilinin yenidən Gürcüstan prezidenti seçilmək şansı yoxdur.

Şəffaflıq.az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Gürcüstan Baş naziri İrakli Kobaxidze çıxış edib.

"Sorğulara əsasən, Gürcü Arzusu Partiyasını seçicilərin təxminən 60%-i dəstəkləyir, bütün müxalifət isə oktyabrda keçiriləcək parlament seçkilərində təxminən 20% səs toplaya bilər. Bu şərtlər altında Zurabişvilinin ikinci dəfə prezident seçilmək şansı yoxdur", - baş nazir vurğulayıb.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri 2024-cü ilin noyabr-dekabr aylarında (yeni parlament formalaşdıqdan sonra) baş tutmalıdır. Ötən gün isə Zurabişvili açıqlamasında ikinci dəfə namizədliyini vermək niyyətində olduğunu bəyan edib.


Geri qayıt