Kreml: ABŞ-nin Ukraynanın ərazimizə mümkün raket zərbələri ilə bağlı qərar verdiyini düşünürük


Kreml ABŞ-nin Ukraynadan Rusiya ərazisinə ATACMS raketləri ilə zərbələr endirilməsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına gəldiyini güman edir.

Şəffaflıq.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, Qərb mətbuatında ABŞ dövlət katibi Antoni Blinkenin Kiyevə səfəri zamanı Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün ATACMS-dən istifadə etməyə icazə verə biləcəyi ilə bağlı yayılan xəbərləri belə şərh edib: “Çox güman ki, bütün bu qərarlar artıq verilib. Hazırda mediada artıq qəbul edilmiş qərarın rəsmiləşdirilməsi üçün informasiya kampaniyası aparılır”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}