"Formula 1" rəhbərliyi cari mövsüm başa çatdıqdan sonra gənc pilotlar üçün yarış keçirməyi planlaşdırır.
"Formula 1" rəhbərliyi cari mövsüm başa çatdıqdan sonra gənc pilotlar üçün yarış keçirməyi planlaşdırır. Şəffaflıq.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. Mövsümün sonunda komandalar adətən "Pirelli" üçün təkərləri sınaqdan keçirir. Sınaq günlərindən birini gənc sürücülər üçün tamhüquqlu yarışa çevirmək ideyası var. Hər komanda iki gənc pilotunu meydana çıxara bilər. Bu turnirin dekabrda təşkili müzakirə olunur. Qeyd edək ki, cari mövsüm sentyabrın 13-15-i aralığında Azərbaycan Qran-prisi keçiriləcək.
Xəbəri paylaş
Facebook-da paylaş