Quba, Masallı, Sabirabad və Şəkidə peşə hazırlığı mərkəzləri yaradılır


Hazırda Qubada Regional Peşə Hazırlığı Mərkəzinin inşası işləri davam edir. Masallı, Sabirabad və Şəkidə də regional peşə hazırlığı mərkəzlərinin tikilməsi üçün layihələndirmə işləri aparılır.

Qeyd edilib ki, mərkəzlərdə işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlığının həyata keçirilməsi üçün hər cür şərait yaradılacaq.

Bildirilib ki, tədris olunan peşələr üzrə sinif, instruksiya otaqları ilə yanaşı, emalatxanaların da fəaliyyət göstərəcəyi mərkəzlər peşə tədrisi üçün müasir avadanlıqlarla təchiz olunacaq.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}