“Euronews” kanalı DOST Mərkəzinin fəaliyyətinə dair videoreportaj hazırlayıb


Məşhur “Euronews” kanalı DOST Azərbaycan İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətinə dair videoreportaj hazırlayıb.

Şəffaflıq.az xəbər verir ki, DOST Mərkəzinin direktoru Nigar Məmmədova yaradıcılıq və sosial fəallıqdan istifadə etməklə əhalinin həssas qruplarının cəmiyyətə cəlb olunmasının vacibliyini qeyd edib.

Reportajda həmçinin vurğulanıb ki, Cənubi Qafqaz regionunda ilk və ən böyük belə mərkəz olan DOST idman, rəqs, musiqi və kulinariya sənəti də daxil olmaqla 14 yaradıcılıq sahəsində 180-ə yaxın insanın bacarıq və yaradıcılığının inkişafına kömək edir.

“Mərkəzin yanaşması praktikdir: onun yetirmələri müxtəlif proqramlarda, ustad dərslərində və ictimai çıxışlarda iştirak edir, psixoloji dəstək alır və yaradıcılıq üzrə təlimlərdə olurlar. Bu hərtərəfli model təkcə şəxsi inkişafı təşviq etmir, həm də sosial reinteqrasiyanı asanlaşdırır”, - materialda deyilir.

N.Məmmədova Mərkəzin cəmiyyətin bütün üzvlərinin səsinin eşidilməsi ideyasına sadiqliyini vurğulayıb.

“Mərkəz öz yetirmələrini fəal şəkildə ətraf mühitin mühafizəsi tədbirlərinə cəlb edir. Məsələn, onlar təkrar emal olunmuş materiallardan sənət əsərləri yaradıblar və əsərlər müxtəlif sərgilərdə və tədbirlərdə nümayiş etdirilib”, - o əlavə edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}