AŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcək

 

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan ŞenakRocer Geyl Bakıya səfər edəcək.

Bu barədə “Report”un Fransa bürosuna Stefan Şenak məlumat verib.

O, fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklərini bildirib: "Biz müşahidəçi qismində iki dəfə Azərbaycanda səfərdə olacağıq: seçkiqabağı vəziyyəti, seçkilərə hazırlığı və seçkiləri müşahidə edəcəyik".

Xatırladaq ki, AŞPA fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 30-dan çox müşahidəçi göndərəcək.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}