ŞAMAXIDA SƏNƏTŞÜNASIN YUBİLEYİ KEÇRİLDİ-FOTO

 Şamaxı Rayon Mədəniyyət Mərkəzində tanınmış sənətşünas, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir.
 ŞƏFFAFLIQ.AZ bildirir ki, Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində təşkil olmuş “Azərbaycan təsviri sənəti” sərgisi ilə tanış olmuşlar. Bundan sonra həmyerlilərinin təbrikinə gəlmiş tamaşaçılar salonda sənətşünasın həyatından və yaradıcılığından bəhs edən videoçarxa tamaşa etmişlər. Respublikanın Əməkdar artisti Əli Nurun aparıcılığı ilə baş tutan yubiley tədbirində görkəmli fırça ustaları və həmkarları tanınmış sənətşünasın mütəxəssis keyfiyyətlərindən söz açmışlar. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov Ziyadxan Əliyevin yaradıcılığından, onun Azərbaycan sənətşünaslığında tutduğu mövqedən söz açmışdır. 



 
O, bildirmişdir k, indiyə qədər 20-dən çox monoqrafiyanın və yüzlərlə elmi-publisistik məqalənin müəllifi olan Z.Əliyev, həm də Azərbaycan Rəssamlar İttifaqının nəzdindəki “Tənqid və sənətşünaslıq” bölməsinin sədri vəzifəsini daşımaqla, milli incəsənətmizi fəal şəkildə respublikamızda və onun sərhədlərindən çox-çox uzaqlarda təbliğ etməkdədir. Şamaxı Rayon Icra Hakimiyyətinin başçısı cənab Tahir Məmmədov yubiley münasibətilə yubilyarı təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulamışdır.


  
 Sonra yubilyara fəxri fərman və hədiyyə təqdim etmişdir.

 
Xalq rəssamları Arif Hüseynov, Ağali İbrahimov və Sirus Mirzəzadə, eləcə də Xalq artisti İlham Namiq Kamal, “Letterpress” nəşriyyat evinin direktoru Cabir Əsədov, Z.Əliyevi təbrik etməklə, onun Azərbaycan sənətşünaslıq elmində xüsusi yeri olduğunu vurğulamışlar.





 





 

Şamaxı Rayon Icra Hakimiyyətinin, Azərbaycan Rəssamlar İttifaqının və İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutan yubiley gecəsinin iştirakçıları tanınmış sənət adamları əməkdar mədəniyyət işçiləri aşıq Ağamurad Şirvanlının , Rasim Ələsgərovun , xanəndələr Zeynal 
Əhmədovun , Mütəllim Dəmirovun , Vasif Nuriyevin , Habil Şıxəliyevin həm də yerli musiqi kollektivlərinin tədbirə rəng qatan çıxışlarını dinləmişlər.


 

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}