Azərbaycan millisi Avropa Kubokunda mübarizəyə başlayır


Bu gün Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada start götürən Avropa Kubokunda mübarizəyə başlayır.

Şəffaflıq.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv C qrupunda ilk olaraq İspaniya ilə üz-üzə gələcək.

Komanda ikinci matçında meydan sahiblərini sınağa çəkəcək.

Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 15:40 və 19:15-də start götürəcək. Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Qeyd edək ki, avqustun 23-də Azərbaycanın kişilərdən ibarət yığması Avstriya və Niderland ilə qarşılaşacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}