Avropa İttifaqı meymunçiçəyi ilə bağlı təcili tədbirlər görməyə tələsmir
Avropa İttifaqının Sağlamlıq Təhlükəsizliyi Komitəsi meymunçiçəyi virusuna yoluxma hallarının artması ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan etmək üçün heç bir səbəb görmür. Şəffaflıq.az-ın məlumatına görə, bunu Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Stefan de Kersmaker Brüsseldə keçirdiyi brifinqdə deyib. Bizim yanaşmamız elmi dəlillərə əsaslanır. Avropa Komissiyası və Aİ-yə üzv dövlətlər vəziyyəti müzakirə etmək və sonrakı addımları necə əlaqələndirmək barədə düşünmək üçün bir araya gəliblər. Səhiyyə Təhlükəsizliyi Komitəsi razılaşıb ki, meymunçiçəyi hal-hazırda Avropada fövqəladə hal hesab edilmir”, - deyə o qeyd edib.
Xəbəri paylaş
Facebook-da paylaş