Əsas Səhifə > SAĞLAMLIQ > Avropa İttifaqı meymunçiçəyi ilə bağlı təcili tədbirlər görməyə tələsmir

Avropa İttifaqı meymunçiçəyi ilə bağlı təcili tədbirlər görməyə tələsmir


21-08-2024, 08:59


Avropa İttifaqının Sağlamlıq Təhlükəsizliyi Komitəsi meymunçiçəyi virusuna yoluxma hallarının artması ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan etmək üçün heç bir səbəb görmür.

Şəffaflıq.az-ın məlumatına görə, bunu Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Stefan de Kersmaker Brüsseldə keçirdiyi brifinqdə deyib.

Bizim yanaşmamız elmi dəlillərə əsaslanır. Avropa Komissiyası və Aİ-yə üzv dövlətlər vəziyyəti müzakirə etmək və sonrakı addımları necə əlaqələndirmək barədə düşünmək üçün bir araya gəliblər. Səhiyyə Təhlükəsizliyi Komitəsi razılaşıb ki, meymunçiçəyi hal-hazırda Avropada fövqəladə hal hesab edilmir”, - deyə o qeyd edib.


Geri qayıt