Ermənistanın sabiq prezidentinin qardaşının əmlakı müsadirə ediləcək


Ermənistan Prokurorluğu sabiq prezident Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyanın 14 ədəd daşınmaz əmlakını və 3,5 milyard dramını (9 milyon ABŞ dolları-red) müsadirə olunmasını tələb edir.

“Report” xəbər verir ki, bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb.

Prokurorluq xüsusən Tumanyan küçəsində 3 mərtəbəli malikanəni və İrəvanın mərkəzində daha 3 evi seçmək niyyətindədir. Hüquq-mühafizə orqanları Kotayk vilayətində Sarqsyanın və onun ailə üzvlərinin daha 10 ədəd daşınmaz əmlak müsadirə etmək istəyir. Prokurorluq 4 nəqliyyat vasitəsini, 3 şirkətin əmlakını (Kotaykdakı otel də daxil olmaqla) dövlətin xeyrinə müsadirə etmək niyyətindədir. Bütün bu əmlaklara həbs qoyulub.

Prokurorluq Sarqsyanın 1995-ci ildən əldə etdiyi əmlakı araşdırıb. Bundan əvvəl o və ailə üzvləri qanunsuz əmlakın müsadirə edilməsi işi çərçivəsində Prokurorluğa dəvət olunublar. Ancaq vəkilinin sözlərinə görə, onlar xaricdədirlər və qayıtdıqdan sonra materiallarla tanış olacaqlar.

A.Sarqsyan, oğulları Ayk və Narek 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra təhlükəsizlik qüvvələrinin diqqət mərkəzində olublar. 2021-ci ilin iyun ayında paytaxt məhkəməsi Narek Sarqsyanı qanunsuz silah saxlamaqda, narkotik qaçaqmalçılığında və adam oğurluğunun təşkilində təqsirli bilib. O, 5 il yarım müddətinə həbs cəzasına məhkum edilib. Narek Sarqsyan bir müddət xaricdə gizlənsə də, 2018-ci ilin dekabrında Praqada Franklin Qonzales adına pasportla saxlanılıb, bir il sonra Ermənistana ekstradisiya edilib. Onun kiçik qardaşı Ayk 2007-ci ildə sui-qəsd cəhdində və qanunsuz silah və sursat saxlamaqda təqsirləndirilib. Lakin sonra maddə yenidən təsnifləşdirilib və iddia müddəti bitdikdən sonra cinayət işi dayandırılıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}