Ermənistanda baş verən atışmada ən azı iki nəfər yaralanıb
Ermənistanın qərbindəki Araqatsotn rayonunun Tlik kəndində atışma baş verib, azı iki nəfər odlu silahdan açılan atəş nəticəsində yaralanıb. Bu barədə “Report” Ermənistan KİV-nə istinadən xəbər verir. “Hadisə zamanı kəndin rəhbəri Slavik Saloyan və oğlu Manvel Saloyan yaralanıb. Məmurun yaşlı anası da yıxılaraq xəsarətlər alıb”, - məlumatda deyilir. Atəş açan şəxslər hadisə yerindən qaçıblar və hüquq-mühafizə orqanlarının əməkdaşları artıq onların şəxsiyyətini müəyyənləşdiriblər. Faktla bağlı cinayət işi açılıb, polis şübhəliləri axtarır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş