Əsas Səhifə > REGİON > Ermənistanda baş verən atışmada ən azı iki nəfər yaralanıb

Ermənistanda baş verən atışmada ən azı iki nəfər yaralanıb


16-08-2024, 08:41


Ermənistanın qərbindəki Araqatsotn rayonunun Tlik kəndində atışma baş verib, azı iki nəfər odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Bu barədə “Report” Ermənistan KİV-nə istinadən xəbər verir.

“Hadisə zamanı kəndin rəhbəri Slavik Saloyan və oğlu Manvel Saloyan yaralanıb. Məmurun yaşlı anası da yıxılaraq xəsarətlər alıb”, - məlumatda deyilir.

Atəş açan şəxslər hadisə yerindən qaçıblar və hüquq-mühafizə orqanlarının əməkdaşları artıq onların şəxsiyyətini müəyyənləşdiriblər. Faktla bağlı cinayət işi açılıb, polis şübhəliləri axtarır.

Şəffaflıq.az


Geri qayıt