Xalq artisti Emin Ağalarov sosial media hesabında oğlanları Əli və Mikayıl haqqında paylaşımı ilə diqqət çəkib.


Xalq artisti Emin Ağalarov sosial media hesabında oğlanları Əli və Mikayıl haqqında paylaşımı ilə diqqət çəkib.

Şəffaflıq.az xəbər verir ki, Emin Ağalarov əkiz övladlarının Rusiya mediasına müsahibəsindən video paylaşaraq "Zaman necə tez uçur. Təxminən 5-7 il əvvəl biz "Lego"dan birlikdə şəhərlər qurduq və indi bu böyüklər mənə əsl şəhər qurmağa kömək edirlər. Mən sizinlə fəxr edirəm",-deyə yazıb.

Mikayıl Ağalarov atası haqqında bu sözləri deyib: "Çalışırıq ona həm mental, həm də fiziki cəhətdən dəstək olaq. Mənə elə gəlir ki, bu onun gördüyü işlər arasında ən böyük və vacib “Sea Breeze” layihəsidir. Digər layihələrdə heyrətamizdir amma “Sea Breeze” ən yaxşısıdır".

Əli Ağalarov Emin Ağalarova işlərində dəstək olduqlarını açıqlayıb: "Atamız bizdən soruşur ki, onun gördüyü işlər bizim xoşumuza gəlir yoxsa yox. Bu, çox böyük lahiyə olduğundan biz özümüz də onun ətrafında fokuslanmışıq. Ən gözəl layihə isə “Sea Breeze”in içində hazırda tikilən “Dream liner”dir. Gəmi şəklində olacaq bu tikili Xəzər dənizinə çıxır. Heç nədən bu əzəmətlikdə bir tikilinin ortaya çıxması çox maraqlıdır”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}