Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın döyülməsi işi üzrə həbs edilən Ara Badoyan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın döyülməsi işi üzrə həbs edilən Ara Badoyan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb. A.Badoyan hesab edir ki, o, qanunsuz olaraq azadlıqdan məhrum edilib və bu işə baxılmasını xahiş edib. AİHM sözügedən işlə maraqlanıb və Ermənistan tərəfindən iş üzrə sənəd və əlavə məlumatların təqdim edilməsini istəyib. Xatırladaq ki, 2020-ci il noyabrın 10-na keçən gecə İrəvanda parlament və hökumət binaları qarşısında kütləvi iğtişaşlar başlayıb. Parlamentin binasına soxulan iğtişaşçılar küçədə A.Mirzoyanın avtomobilini görəndə onu maşından çıxararaq döyüblər. Nəticədə nazir çoxsaylı sınıq və digər xəsarətlərlə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. İstintaq məlumatına görə, A.Badoyan nazirə qarşı zor tətbiq edən iğtişaşçılara qoşulub və yerdə uzanmış A.Mirzoyana yaxınlaşaraq onu təpikləyib. A.Badoyan təqsirini etiraf etmir və hesab edir ki, istintaq sırf fərziyyələrə əsaslanıb.
Facebook-da paylaş