"Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Şamaxını qəbul edəcək.
Azərbaycan Premyer Liqasının II turunda bu gün daha iki oyun keçiriləcək. Şəffaflıq.az xəbər verir ki, əvvəlcə "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Şamaxını qəbul edəcək. Saat 18:45-də başlayacaq qarşılaşmanı Fərid Hacıyev idarə edəcək. Günün son matçı "ASCO Arena"da "Səbail" və "Neftçi" klubları arasında oynanılacaq. Saat 20:00-da başlayacaq görüşü Kamal Umudlu idarə edəcək. İlk turda "Araz-Naxçıvan" "Qarabağa" 1:4 hesabı ilə məğlub olmuşdu. "Şamaxı" - "Sabah" matçında 2:2 bərabərlik qeydə alınmışdı. "Səbail" 1:4 hesabı ilə "Zirə"yə yenilmişdisə, "Neftçi" - "Turan Tovuz" görüşündə qol vurulmamışdı. Azərbaycan Premyer Liqası II tur 18:45. “Araz Naxçıvan” – “Şamaxı” Hakimlər: Fərid Hacıyev, Zohrab Abbasov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov. VAR: Cavid Cəlilov. AVAR: Rəhman İmami. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: İlham Əliyev. Mərdəkan, "Liv Bona Dea Arena". 21:00. “Səbail” – “Neftçi” Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Kamran Əliyev. VAR: Nicat İsmayıllı. AVAR: Cəmil Quliyev. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Nəriman Axundov. ASCO Arena. Qeyd edək ki, II tura avqustun 11-də yekun vurulacaq.
Facebook-da paylaş