Ruhani ABŞ ilə müzakirələrə açıq olduğunu bildirdi - "Bu, inqilabi bir addım olacaq"
Şəffaflıq.az xəbər verir ki, İran prezidenti Həsən Ruhani ABŞ ilə müzakirələrə yaşıl işıq yandırıb. Ruhani deyib: “Əgər müzakirə düşmənin planlarını boşa çıxaracaqsa, gərəkli, zəruri və inqilabi bir addım olacaqdır”.
ABŞ ilə nüvə müqaviləsinin İranın lehinə olduğunu söyləyən Ruhani razılaşmadan əvvəl 1 milyon barrel həcmindəki gündəlik neft ixracının bu müqavilədən sonra 2 milyon 800 min barrelə yüksəldiyini də xatırladıb.
Ruhani ABŞ ilə müzakirələrin yenidən başlanması barəsində belə deyib: “Düşmən təzyiq göstərmək istəyir, İran isə buna qarşı müqavimət göstərir. Əgər müzakirə düşmənin planlarını boşa çıxaracaqsa, gərəkli, zəruri və inqilabi bir addım olacaqdır”.
Facebook-da paylaş