Əsas Səhifə > Dünya > Ruhani ABŞ ilə müzakirələrə açıq olduğunu bildirdi - "Bu, inqilabi bir addım olacaq"

Ruhani ABŞ ilə müzakirələrə açıq olduğunu bildirdi - "Bu, inqilabi bir addım olacaq"


10-12-2019, 00:36

 

Şəffaflıq.az xəbər verir ki, İran prezidenti Həsən Ruhani ABŞ ilə müzakirələrə yaşıl işıq yandırıb.  Ruhani deyib: “Əgər müzakirə düşmənin planlarını boşa çıxaracaqsa, gərəkli, zəruri və inqilabi bir addım olacaqdır”.

ABŞ ilə nüvə müqaviləsinin İranın lehinə olduğunu söyləyən Ruhani razılaşmadan əvvəl 1 milyon barrel həcmindəki gündəlik neft ixracının bu müqavilədən sonra 2 milyon 800 min barrelə yüksəldiyini də xatırladıb.

Ruhani ABŞ ilə müzakirələrin yenidən başlanması barəsində belə deyib: “Düşmən təzyiq göstərmək istəyir, İran isə buna qarşı müqavimət göstərir. Əgər müzakirə düşmənin planlarını boşa çıxaracaqsa, gərəkli, zəruri və inqilabi bir addım olacaqdır”.
Geri qayıt