Bakıda 17 yaşlı gənci elektrik cərəyanı vurub
Bakıda 17 yaşlı gənc oğlanı elektrik cərəyanı vurub. Şəffaflıq.az xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində, 245 nömrəli məktəbin yanında qeydə alınıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-ya verilən xəbərə görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 29.07.2024-cü il tarixində saat 20:45-də təcili tibbi yardım bölməsinə cərəyan vurma səbəbi ilə gətirilən 17 yaşlı şəxsin (kişi cinsli) müraciəti daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölümü qeydə alınıb.
Xəbəri paylaş
Facebook-da paylaş