Əsas Səhifə > Hadisə > Bakıda 17 yaşlı gənci elektrik cərəyanı vurub
Bakıda 17 yaşlı gənci elektrik cərəyanı vurub30-07-2024, 11:56 |
Bakıda 17 yaşlı gənc oğlanı elektrik cərəyanı vurub. Şəffaflıq.az xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində, 245 nömrəli məktəbin yanında qeydə alınıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-ya verilən xəbərə görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 29.07.2024-cü il tarixində saat 20:45-də təcili tibbi yardım bölməsinə cərəyan vurma səbəbi ilə gətirilən 17 yaşlı şəxsin (kişi cinsli) müraciəti daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölümü qeydə alınıb. Geri qayıt |