Azərbaycanlı hakim-inspektor: Frank De Blekere tələbkardır


İnsan olaraq yaxşıdır, həm də tələbkardır.

Bunu “Report”a açıqlamasında Azərbaycanın keçmiş FIFA referisi Anar Salmanov AFFA Hakimlər Komitəsinin yeni sədri Frank De Blekerenin təyinatı ilə bağlı deyib.

43 yaşlı hakim-inspektor vaxtilə belçikalı mütəxəssisin ona müəllimlik etdiyini də vurğulayıb:

“Frank De Blekere tanış simadır. 2012-2013-cü illərdə mən istedadlar qrupunda olanda bizə rəhbərlik edən şəxslərdən biri o idi. İnsan olaraq yaxşıdır, həm də tələbkardır. Bizim vaxtımızda o müəllimlər qrupunda idi. İş prinsipinə gəlincə, necə olacağını zaman göstərəcək. Ümid edirəm ki, yaxşı olacaq”.

Qeyd edək ki, Frank De Blekere 1998-2011-ci illərdə FIFA hakimi kimi beynəlxalq oyunlara təyinat alıb. O, eyni zamanda UEFA-nın hakim-inspektoru vəzifəsini də yerinə yetirir.
Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}