Əsas Səhifə > FUTBOL > Azərbaycanlı hakim-inspektor: Frank De Blekere tələbkardır
Azərbaycanlı hakim-inspektor: Frank De Blekere tələbkardır29-07-2024, 12:05 |
İnsan olaraq yaxşıdır, həm də tələbkardır. Bunu “Report”a açıqlamasında Azərbaycanın keçmiş FIFA referisi Anar Salmanov AFFA Hakimlər Komitəsinin yeni sədri Frank De Blekerenin təyinatı ilə bağlı deyib. 43 yaşlı hakim-inspektor vaxtilə belçikalı mütəxəssisin ona müəllimlik etdiyini də vurğulayıb: “Frank De Blekere tanış simadır. 2012-2013-cü illərdə mən istedadlar qrupunda olanda bizə rəhbərlik edən şəxslərdən biri o idi. İnsan olaraq yaxşıdır, həm də tələbkardır. Bizim vaxtımızda o müəllimlər qrupunda idi. İş prinsipinə gəlincə, necə olacağını zaman göstərəcək. Ümid edirəm ki, yaxşı olacaq”. Qeyd edək ki, Frank De Blekere 1998-2011-ci illərdə FIFA hakimi kimi beynəlxalq oyunlara təyinat alıb. O, eyni zamanda UEFA-nın hakim-inspektoru vəzifəsini də yerinə yetirir. Geri qayıt |