Şəmkirdə 72 yaşlı kişini avtomobil vuraraq öldürüb


Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Şəffaflıq.az-ın Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir şəhərində bankların birinin yaxınlığında qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 1952-ci il təvəllüdlü Məhəmməd Əzimovu "Opel" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}