Lənkəranda itkin düşdüyü hesab olunan kişinin meyiti tapılıb


Lənkəran rayonunda mənzildə kişi meyiti tapılıb.

Şəffaflıq.az-ın Cənub bürosunun məlumatına görə, meyit Lənkəran rayonunun Liman şəhəri ərazisində aşkarlanıb.

Meyitin 1959-cu il təvəllüdlü Bayraməli Şikar oğlu Nəcəfova aid olduğu məlum olub.

Onun 20 günə yaxındır itkin düşdüyü söylənilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}