Əsas Səhifə > Hadisə > Lənkəranda itkin düşdüyü hesab olunan kişinin meyiti tapılıb

Lənkəranda itkin düşdüyü hesab olunan kişinin meyiti tapılıb


24-07-2024, 11:55


Lənkəran rayonunda mənzildə kişi meyiti tapılıb.

Şəffaflıq.az-ın Cənub bürosunun məlumatına görə, meyit Lənkəran rayonunun Liman şəhəri ərazisində aşkarlanıb.

Meyitin 1959-cu il təvəllüdlü Bayraməli Şikar oğlu Nəcəfova aid olduğu məlum olub.

Onun 20 günə yaxındır itkin düşdüyü söylənilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt