Fransada Olimpiada ərəfəsində COVID-19-a yoluxma hallarında artım qeydə alınıb
Fransada Olimpiya Oyunları ərəfəsində COVID-19-a yoluxma hallarında artım qeydə alınıb. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin rəsmi nümayəndəsi Marqaret Harris Cenevrədə keçirdiyi brifinqdə açıqlayıb. “Fransada son həftələrdə COVID-19 hallarında artım müşahidə olunub ki, bu da səhiyyə sisteminə orta dərəcədə təsir göstərə bilər”, – o söyləyib. Onun sözlərinə görə, Fransanın ilkin tibbi-sanitar mərkəzlərində koronavirus üçün test zamanı “müsbət halların” nisbəti 25 %-ə çatır, baxmayaraq ki, ÜST xəstələnmə nisbətini “əsas” olaraq 5 %-dən az hesab edir. “Beləliklə, artım var. Bununla belə, səhiyyə sisteminin ciddi yük altında olmasına dair məlumat yoxdur”, – o vurğulayıb.
Facebook-da paylaş