Azərbaycan gimnastaları Belarusda beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycan gimnastları Belarusun paytaxtı Minskdə keçiriləcək bədii gimnastika üzrə “Crystal Rose - Grand Prix - Helen Valery” beynəlxalq turnirində iştirak edəcəklər. Səbinə Hacıyeva isə hakim kimi fəaliyyət göstərəcək. Qeyd edək ki, “Crystal Rose - Grand Prix - Helen Valery” iyulun 26-dan 28-nə qədər keçiriləcək.
Şəffaflıq.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda Mədinə Zaxarovanın rəhbərliyi altında Şəms Ağahüseynova (böyüklər), Zəhra Cəfərova (gənclər), Azadə Atakişiyeva və Nur Sadıqova (hər ikisi yeniyetmələr) mübarizə aparacaq.
Xəbəri paylaş
Facebook-da paylaş