Əsas Səhifə > İdman > Azərbaycan gimnastaları Belarusda beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan gimnastaları Belarusda beynəlxalq turnirdə iştirak edəcəklər


23-07-2024, 13:08


Azərbaycan gimnastları Belarusun paytaxtı Minskdə keçiriləcək bədii gimnastika üzrə “Crystal Rose - Grand Prix - Helen Valery” beynəlxalq turnirində iştirak edəcəklər.

Şəffaflıq.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda Mədinə Zaxarovanın rəhbərliyi altında Şəms Ağahüseynova (böyüklər), Zəhra Cəfərova (gənclər), Azadə Atakişiyeva və Nur Sadıqova (hər ikisi yeniyetmələr) mübarizə aparacaq.

Səbinə Hacıyeva isə hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Crystal Rose - Grand Prix - Helen Valery” iyulun 26-dan 28-nə qədər keçiriləcək.





Geri qayıt