Həcc ziyarəti adı ilə dələduzluq edən iki rusiyalı Səudiyyə Ərəbistanında həbs olunub
Həcc ziyarəti adı ilə dələduzluq edən iki rusiyalı Səudiyyə Ərəbistanında həbsxanaya göndərilib. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Həcc missiyasının rəhbəri Xizbula Asuyev bildirib. O qeyd edib ki, Rusiya vətəndaşlarından biri Ciddə ilə Məkkə arasında saxlanılıb, ona 1 il 10 ay həbs cəzası verilib. İkincisi həbsdədir, onun taleyi hazırda məlum deyil. Həbs edilənlərin həm qeyri-qanuni Həcc ziyarətini təşkil etdikləri, həm saxta döş nişanları hazırladıqları deyilir. Asuev əlavə edib ki, ziyarətdə iştirak etmək üçün xüsusi viza almaq lazımdır. Ümumilikdə 2024-cü ildə Səudiyyə Ərəbistanına 500-700 min arası qanunsuz zəvvar gəlib.
Xəbəri paylaş
Facebook-da paylaş