Novorossiysk yaxınlığındakı yanğının söndürülməsinə əlavə aviasiya cəlb olunacaq


Rusiyada Novorossiysk yaxınlığında yanğının söndürülməsinə əlavə olaraq Müdafiə Nazirliyinin iki helikopteri, həmçinin Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi cəlb olunacaq.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Krasnodar vilayətinin operativ qərargahının teleqram kanalında məlumat verilib.

Qeyd olunub ki, yanğınsöndürmə əməliyyatı başlayandan indiyədək aviasiyadan istifadə etməklə 19 su buraxılışı həyata keçirilib: “İki xüsusi helikopter cəlb edilib: Ka-32 və Mi-8. Sonuncu küləyin güclənməsi səbəbindən işlərini dayandırmağa məcbur olub. Səhər saatlarında Rusiya Müdafiə Nazirliyi tərəfindən verilən daha iki K-32 helikopteri və Fövqəladə Hallar Nazirliyinin bir İl-76 təyyarəsi gələcək”.

Əməliyyat qərargahının məlumatına görə, yanğının söndürülməsinə 250-dən çox insan cəlb olunub.

Qeyd edək ki, Krasnodar diyarında Dyurso xutoru ərazisində baş verən yanğının sahəsi 62 hektara çatıb. Alov bir sıra turizm bazalarının ərazisinə keçib, oradan insanlar təxliyə edilib. Novorossiyskdə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Yanğın nəticəsində bir nəfər xəsarət alıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}