Rusiya Xarkov vilayətini atəşə tutub, ölənlər və yaralananlar var


Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Budı qəsəbəsinə endirdiyi zərbə nəticəsində azı iki nəfər ölüb, 22 nəfər yaralanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleh Sinehubov sosial şəbəkədə bildirib.

“Zərərçəkmişlərin sayı 22-yə çatıb. İki nəfər ölüb”, – vilayət rəhbəri qeyd edib.

Mətbuatda yayılan məlumata görə, vilayətin yaşayış bölgələri yarım saat ərzində iki dəfə atəşə tutulub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}