Türkiyədə tarixi əsərləri xarici muzeylərə satmaqda şübhəli bilinən 47 nəfər saxlanılıb


Türkiyədə tarixi əsərləri oğurlayaraq xaricə satmaqda şübhəli bilinən mütəşəkkil dəstə üzvləri saxlanılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, 24 vilayətdə həyata keçirilən “Define-1” əməliyyatı çərçivəsində tarixi əsərləri xaricdəki muzeylərə satmaqda şübhəli bilinən, beynəlxalq tarixi əsər qaçaqmalçılığı ilə məşğul olan 47 nəfər tutulub.

Məlumata görə, əməliyyatlar İzmir, Ankara, Adana, Antalya, Balıkesir, Bursa, Denizli, Eskişehir, Hatay, İsparta, İstanbul, Karaman, Konya, Manisa, Mersin, Muğla, Nevşehir, Osmaniye, Sakarya, Samsun, Sivas, Tekirdağ, Trabzon və Aydın vilayətlərində keçirilib.

Nazir qeyd edib ki, tarixi əsərlər Avropa və ABŞ-dəki muzeylərə satılıb.

Əməliyyat nəticəsində 6 min 325 sikkə, 997 əşya, 5 detektor, 2 sənədsiz tüfəng, 1 sənədsiz tapança və çoxlu sayda patron ələ keçirilib.

A.Yerlikaya qeyd edib ki, Türkiyə tarixi əsərləri xaricə satan bütün qaçaqmalçıları zərərsizləşdirməkdə qərarlıdır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}