Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 66 % artıb


Bu ilin yanvar-iyun aylarında Naxçıvanda 59 yeni icarə müqaviləsi bağlanılıb.

Şəffaflıq.az-ın yerli bürosu xəbər verir ki, bunu "Naxçıvan Muxtar Respublikasında şəffaf və rəqabətli hərraclar" mövzusundakı keçirilən tədbirdə Muxtar Respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

Onun sözlərinə görə, həmin müqavilələrin 30-u qeyri- yaşayış, 29-u isə torpaq torpaq sahələrinə dair olub: “Dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 137,3 min manat vəsaitin ödənilməsi təmin olunub. İcarədən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 65,8 % artıb”.

A.İsmayılov qeyd edib ki, ümumilikdə bu ilin 6 ayında özəlləşdirmədən və icarədən 1,4 milyon manata yaxın vəsait daxil olub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur.

Nazir müavini bildirib ki, ilin ilk yarım ilində dövlət xidməti üzrə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən, bələdiyyələrdən, dövlət qurumlarından 2 mindən artıq elektron müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə çoxdur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}