FHN: Batma təhlükəsi ilə üzləşən 10-dan çox insan xilas edilib
Bu gün xilasetmə məntəqələrindən kənarda çimərkən batma təhlükəsi ilə üzləşən 10-dan çox insan xilas edilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mingəçevir” “Şüvəlan” “Mərdəkan” “Bilgəh” “Şıx” və “Tağıyev” sularda xilasetmə məntəqələrindən kənarda çimərkən batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas olunub.
Xəbəri paylaş
Facebook-da paylaş