İranda səsvermə bitdi: səslərin sayılmasına başlandı
Bu gün İranda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə müddəti yerli vaxtla saat 22:00-dək uzadılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə İran Seçki Qərargahının nümayəndəsi Möhsün İslami deyib. Daha öncə səsvermənin vaxtı 20:00-a kimi uzadılmışdı. Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkilərinin 2-ci turu yerli vaxtla saat 08:00-da başlayıb. Bu turda 2 namizəd - Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.
Xəbəri paylaş
Facebook-da paylaş