Əsas Səhifə > REGİON > İranda səsvermə bitdi: səslərin sayılmasına başlandı

İranda səsvermə bitdi: səslərin sayılmasına başlandı


6-07-2024, 00:51


Bu gün İranda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə müddəti yerli vaxtla saat 22:00-dək uzadılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İran Seçki Qərargahının nümayəndəsi Möhsün İslami deyib.

Daha öncə səsvermənin vaxtı 20:00-a kimi uzadılmışdı.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkilərinin 2-ci turu yerli vaxtla saat 08:00-da başlayıb. Bu turda 2 namizəd - Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.


Geri qayıt