Azərbaycan millisinin futbolçusu FIFA-dan təsdiq gözləyir
Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənalızadə Türkiyənin “Tuzlaspor” klubundan ayrılmaq üçün FIFA-dan təsdiq gəlməsini gözləyir. Bunu Şəffaflıq.az açıqlamasında 31 yaşlı müdafiəçi bildirib. O, böyük ehtimalla Azərbaycanda oynayacağını söyləyib: “Tuzlaspor”dan, demək olar ki, ayrılmışam. Sadəcə, klubun mənə 3 aylıq borcu qaldığı üçün FIFA-ya müraciət etmişik və təsdiq gəlməsini gözləyirik. Vəkillə daim ünsiyyətdə oluruq. Turkiyədən menecerler mənimlə əlaqə saxlayıblar, amma orada qalmağı özüm istəməmişəm”. B.Həsənalızadə Azərbaycanda bir neçə klubla danışıq apardığını təsdiqləsə də, ad çəkmək istəməyib.
Xəbəri paylaş
Facebook-da paylaş