Azərbaycanı Saraqosadakı beynəlxalq turnirdə təmsil edəcək gimnastlar müəyyənləşib
Azərbaycanı İspaniyanın Saraqosa şəhərində keçiriləcək bədii gimnastika üzrə beynəlxalq turnirdə təmsil edəcək gimnastlar müəyyənləşib. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, məşqçi Yevgeniya Vilyayevanın rəhbərliyi altında yarışda Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Ləman Əlimuradova, Zeynəb Hümmətova və Darya Sorokina iştirak edəcək. Nigar Abdusalimova və Vəfa Bəkərova hakim, Akif Kərimli isə xoreoqraf kimi iş başında olacaq. Qeyd edək ki, turnir iyulun 5-6-da keçiriləcək. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş