Avropa çempionatı: Azərbaycanın daha beş cüdoçusu mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha beş cüdoçusu Bolqarıstanda keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq. "Report"un Sofiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, fərdi yarışın sonuncu günündə qızlardan Mələk Bayramlı (70 kq), oğlanlardan Mehdi Abbasov, Əli Qazıməmmədov (hər ikisi 81 kq), Hüseyn Eyvazlı (90 kq) və Sübhan Axundov (+90 kq) tatamiyə çıxacaqlar. Qızlar 90 kq + 90 kq Qeyd edək ki, turnir iyunun 30-da komanda yarışı ilə başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) və Cəsur İbadlı bürünc medal qazanıblar. Şəffaflıq.az
70 kq.
Mələk Bayramlı - Keti Robakidze (Gürcüstan)
Hüseyn Eyvazlı - Lorens Hornqaçer (Avstriya)
Sübhan Axundov - Nikola Lubura (Bosniya və Herseqovina) / Mahmutcan Maden (Türkiyə) cütünün qalibi
Facebook-da paylaş