Avropa çempionatı: Azərbaycanın daha beş cüdoçusu mübarizəyə başlayır


Bu gün Azərbaycanın daha beş yeniyetmə cüdoçusu Bolqarıstanda keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

Şəffaflıq.az-ın Sofiyaya ezam olunan əməkdaşının məlumatına görə, qızlardan Vüsalə Hacıyeva, Aysun Məmmədova (hər ikisi 52 kq), Aytən Verdiyeva (57 kq), oğlanlardan isə Səlim Soltanov (66 kq) və Cəsur İbadlı (73 kq) tamamiyə çıxacaqlar.

52 kq
Vüsalə Hacıyeva - Keyt Çisholm (Böyük Britaniya)
Aysun Məmmədova - Yanka Yuttner (Macarıstan)

57 kq
Aytən Verdiyeva - Ameli Skerbova (Çexiya)

66 kq
Səlim Soltanov - Samuel Brisuda (Slovakiya)

73 kq
Cəsur İbadlı - Burak Şengür (Türkiyə) - Midas Van Huiyste (Niderland) cütünün qalibi

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışda 19 idmançı ilə təmsil olunur. Ötən gün 9 cüdoçudan ikisi medal qazanıb. Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) bürünc mükafat əldə edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}