Azərbaycan çüdoçusu: Erməni rəqibimə qalib gəlib, bayrağımızı dalğalandırdım


Üçüncü yer uğrunda görüş çox gərgin keçdi. Erməni rəqibimə qalib gəlib, bayrağımızı dalğalandırdım.

Bunu Şəffaflıq.az-ın Sofiyaya ezam olunan əməkdaşına açıqlamasında Bolqarıstanda təşkil olunan Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmmədəli Hüsiyev deyib.

50 kq çəki dərəcəsində çıxış edən idmançı yarışa yollanmazdan əvvəl hədəfinin qızıl mükafat əldə etmək olduğunu bildirib:

"Amma yarımfinalda azərbaycanlı rəqibimə məğlub oldum. Bu, iştirak etdiyim ilk qitə çempionatıdır. Qarşıda dünya çempionatı olacaq. Həmin turnirə daha yaxşı hazırlaşacağam. Qızıl medala sahib çıxmaq üçün əlimdən gələni edəcəyəm".

Hüsiyev gələcəkdə böyüklər arasında Avropa, dünya və olimpiya çempionu olmaq istədiyini söyləyib.

Qeyd edək ki, Avropa çempionatı iyunun 30-da başa çatacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}