Nazir: Təxminən 35% müəllim növbəti tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq
Təxminən 35% müəllim 2024-2025-ci tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq. Şəffaflıq.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. Elm və təhsil naziri, həmçinin bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində 55 mindən çox müəllimin əməkhaqqına əlavə alacağı proqnozlaşdırılır. Min manat və daha yuxarı əməkhaqqı alacaq müəllimlərin sayı isə təxminən 17,5 min nəfərə yüksələcəyi gözlənilir.
Xəbəri paylaş
Facebook-da paylaş